14 
Mat
2020
11:05
2052

Gürcüstan mağazalarında çörək artıq yeni qaydada satılacaq

Çörək məhsullarının istehsalçılarına çörəkləri yalnız qapalı paketlərdə dükanlara çatdırmaq tövsiyə edildi.

InterPress.ge xəbər verir ki, bu barədə İstehlakçılar Federasiyasının rəhbəri Madonna Koidze İmedi telekanalının efirində bildirib.

İstehlakçılar Federasiyası və Milli Qida Agentliyi artıq bütün kiçik mağazalara, hipermarketlərə və istehsalçılara qablaşdırma təlimatları göndərmişdir. Koidze bu tövsiyələrin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə əsasən verildiyini vurğuladı.

“Bir məhsul seçərkən insanlar ona toxunur, digərləri isə satın alırlar. İndi isə bu bizneslə məşqul olanlar yaxşı niyyət göstərməli və qablaşdırılan çörəyi satması vacibdir”, - dedi Koidze.

Tövsiyələr təndirdən çıxarılıb satılan çörəklərə aid deyil, çünki müştərilərə birbaşa çörəkxanalardan verilir. Bütün ərzaq məhsulları, o cümlədən çörək bişirənlər Milli Qida Agentliyindən başqa göstərişlər aldılar. Bunlar inventar və avadanlıqların dezinfeksiya standartı, təmizlik işləri, pişirmə prosesi və s.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri