15 
Mat
2020
10:46
1279

Martın 15-dən 18-dək olan hava şəraiti - Havalar kəskin pisləşəcək

Martın 15-də, günün sonundan martın 18-dək Gürcüstanda soyuq və rütubətli hava, yağış, dağlıq ərazilərdə qar, duman və dənizdə isə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Agentliyindən verilən məlumatda qeyd olunub. Bildirilir ki, qərbdən güclü külək əsəcək.

Məlumatada bildirilir ki, Gürcüstanın Qərb ərazilərində gözlənilən leysan yağışları çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, dağlıq zonalarda isə uçqunların meydana gəlməsi və çökmə - aktivləşə bilər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri