1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
18 
Mat
2020
13:36
1969

Ekaterine Tikaradze: "Koronavirusa yoluxma hallarının yüksək templə artdığı təqdirdə, məktəb tətilləri yenə uzadılacaq"

"Koronavirusa yoluxma hallarının yüksək templə artdığı təqdirdə, müvafiq rekomendasiyalar veriləcək və məktəb tətilləri yenə uzadılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze qeyd edib.

“Distansiyada təhsil prosesinə gəlincə isə, bu məsələ ilə bağlı Təhsil Nazirliyi intensiv şəkildə işləyir və çalışacağıq ki, bu tədris ili uşaqlarımız üçün tam akademik qayda ilə başa çatsın” – dedi Ekaterine Tikaradze.

Xatırladaq ki, koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstan miqyasında təhsil müəssisələrində yaz tətili aprelin 1-nə qədər uzadılıb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri