1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
19 
Mat
2020
14:08
1729

Bu tarixdən sürücülük vəsiqəsi almaq üçün verilən imtahanlar dayandırılır

Yeni koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi martın 20-dən, sürücülük vəsiqəsi almaq üçün nəzəri (teoria) və praktika imtahalarını müvəqqəti olaraq, dayandırır.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Yeni requlyasiyalara əsasən, həmçinin odlu silah qeydiyyatı ilə bağlı prosedurlar və imtahanlar da dayandırlır.

İmtahanları yarım qalanlar isə, normal iş prosesinin bərpasından sonra, 30 gün ərzində imtahanlarına davam edə biləcəklər.

Xidmətlər Agentliyi tərəfindən verilən arayışlara və sənədlərə gəlincə isə, mühakimə olunmama haqında arayış və digər sənədlər elektron şəklində, sa.gov.ge veb-səhifəsi vasitəsi ilə veriləcək.

Digər arayışlar isə, xidmətlər agentliyinin müxtəlif filiallarında veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri