20 
Mat
2020
15:31
1880

Çin Gürcüstana 15 dəqiqəyə koronavirusu aşkarlayan testlər hədiyyə edəcək

Yaxın günlərdə Çin koronavirus infeksiyası üçün (COVID-19) 1000 ekspress testini Gürcüstana pulsuz olaraq hədiyyə edəcəkdir.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün Səhiyyə Nazirliyinin rəhbəri Ekaterina Tikaradze keçirdiyi brifinqdə məlumat verib.

Çin alimləri tərəfindən hazırlanmış test sistemləri sayəsində bir insanın 15 dəqiqə ərzində koronavirus yoluxub yoluxmadığını müəyyən etmək mümkündür.

“Çin Respublikası bizə 1000 test hədiyyə edib hansı ki, artıq həftənin əvvəlində əlmizdə olacaq. Bundan sonra mütəxəssislərimiz şübhəli xəstələrin sürətli müayinəsini həyata keçirəcəklər. Cənubi Koreya ilə də danışıqlar aparılır, nəticədə 200 min test aparatı gözləyirik. Gələn həftənin sonundan etibarən vətəndaşlarımız bu istiqamətdə xidmətlər almaq imkanına sahib olacaqlar ", - nazir dedi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri