1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
22 
Mat
2020
14:38
3814

Gürcüstan-Azərbaycan sərhədində daha bir məhdudiyyət tətbiq olunub

Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

InterPress.ge NewsBureau-ya istinadən xəbər verir ki, iclasda qəbul olunan qərara əsasən, Gürcüstanla Azərbaycan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

“Laqodexi” sərhəd-keçid məntəqəsinin fəaliyyəti məhdudlaşdırılır.

Gürcüstan və Azərbaycan sərhədindəki bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən etibarən Gürcüstan bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edib. Gürcüstan yalnız vətəndaşlarına ölkəyə daxil olmağa icazə verir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri