22 
Mat
2020
15:11
1457

Gürcüstanda çörəyin qiymətinin qalıxma ehdimalı varmı? Nazir AÇIQLADI

"Çörəyin qiyməti artmayacaq, buğda və un tədarükündə gecikmələr olmayacaq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın kənd təsərrüfatı naziri Levan Davitaşvili idxal şirkətlərinin nümayəndələri ilə görüşdən sonra deyib.

Nazirin sözlərinə görə, hazırkı vəziyyətdə əhali üçün əsas ərzaq məhsullarının, birincisi çörəyin qiymətini qaldırmaması son dərəcə vacibdir.

"Buğda ehtiyatları daim nəzarətdədir. Fövqəladə hallarda bu sahəyə xüsusi diqqət yetirilir. Çörəyin qiymətinin artmayacağını, tədarükdə fasilələrin olmayacağını vurğulayıram", - bu barədə jurnalistlərə Levan Davitaşvili məlumat verib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri