22 
Mat
2020
19:39
3829

Marneulidə koronavirusa yoluxmuş qadının vəziyyəti açıqlanıb

"Marneulidə koronavirusa yoluxmuş qadının vəziyyəti olduqca ağırdır, onu Tbilisidəki, DTU-nin Birinci Universitet Klinikasına yerləşdirəcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın rəhbəri, Levan Ratiani bildirib.

“Pasiyenti görək, təhlillər apardıqdan sonra, hər şeyi bildirəcəyik. Hazırda sadəcə aparata qoşulu vəziyyətdə olmasını bilirəm. Ölkədəki pasiyentlər arasında onun vəziyyəti ən ağırdır”-deyə Levan Ratiani bildirib.

Marneuli şəhərində və bu şəhərdə yerləşən “Geo Hospital”- tibb mərkəzində epidemioloqlar çalışırlar. Onlar virusa yoluxmuş qadının son günlərdə kimlərlə kontaktda olmasını araşdırırlar. Mövcud məlumata görə, pasiyent ilə kontaktda olan həkimlər öztəcriddədirlər. Koronavirusa yoluxmuş orta yaşlı qadının Marneulidən olması bu gün bilindi. Pasiyent dörd gün bundan əvvəl pnevmoniya diaqnozu ilə Marneulidəki “Geo Hospital”-a yerləşdirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri