1 USD =3.206 GEL 1 EUR =3.756 GEL 1 AZN =1.887 GEL 1 TRY =0.413 GEL 1 RUB =4.098 GEL
25 
Mat
2020
18:29
1720

Gürcüstanda koronavirusa yoluxanların ən kiçik və ən böyük yaş həddi açıqlanıb

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş xəstələrdən ən yaşlısının 82, ən balacasının isə 2 yaşı var.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, yoluxanların orta yaş həddi 37-dir.

Qeyd edək ki, hazırda ölkədə 73 nəfərdə COVİD-19 virusuna yoluxma təsdiqlənib ki, onlardan 10-u artıq sağalıb.

Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri