28 
Mat
2020
19:55
1289

Amiran Qamkrelidze: "Koronavirusun daxili yayılma presedenti ilə qarşılaşdıq, üç halın mənbəyini tapa bilmirik"

"Böyük ehtimalla, virusun daxili yayılma presendenti ilə qarşı-qarşıya gəldik".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Gürcüstanın Birinci Kanalı ilə söhbət zamanı bildirib.

Amiran Qamkrelidzenin dediyinə görə, koronavirusa yoluxmanın son üç halının mənbəyi məlum deyil.

“Üçündən bir halın mənbəyini tapmağa yaxınıq, ancaq digər iki xəstənin haradan yoluxduğunu müəyyən edə bilmirik.

Təəssüf ki, artıq virusun ölkə daxili yayılması presendenti ilə qarşılaşdıq. Bu deməkdir ki, insanlar xəstəliyi identifikasiya edilməyən şəxdən infeksiyaya yoluxublar və xəstələnən şəxs ölkə daxilində hərəkət edir. O gəzir və digərlərini xəstələndirir və bu çox narahat edicidir” – dedi Amiran Qamkrelidze.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri