29 
Mat
2020
10:31
1025

Marneuli və Bolnisidə 86 min nəfər tibbi yoxlanışdan keçirilib

Kvemo Kartli bölgəsində 28 mart tarixinədək 86 min nəfər koronavirusla əlaqədar tibbi yoxlanışdan keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yoxlanış zamanı 8 nəfər yaradılmış səhra xəstəxanalarına yerləşdirilib, onlardan birində koronavirus simptomları aşkarlanıb.

“Marneulidə 71 000, Bolnisidə 15 000 nəfərin bədən hərarəti yoxlanılıb. Yoxlanılanlardan 8-i səhra xəstəxanalarına gətirilib, onlardan 6-sı hələ də xəstəxanada qalır. Bolnisidən olan bir nəfərdə isə virusa yoluxmanın şübhəli sindromları var”, - deyə qubernator bildirib.

Qeyd edək ki, martın 23-də yeni növ koronavirusun (COVİD-19) yayılması riskinin aşağı salınması mqəsədi ilə Marneuli və Bolnisidə sərt karantin rejimi elan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri