1 USD =3.074 GEL 1 EUR =3.629 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.189 GEL
30 
Mat
2020
00:36
2575

Marneuli meri Zaur Darğallı Yuxarı Qullarda keçirilən aksiyaya münasibət bildirdi

Martın 29-da Marneulinin Yuxarı Qullar kəndində sakinlər aksiya keçirib.

InterPress.ge xəbər verir ki, Marneuli meri Zaur Darğallı facebook səhifəsində məsələ ilə bağlı açıqlama yayıb.

Z. Darğallı-nın yaydıqı açıqlamanı sizə olduğu kimi təqdim edirik.

"Dostlar, paylanan yardımın hər biri xüsusi nəzarət altındadır və şəkilləri, siyahıları şəxsən mənə gəlir.

Əllbətdəki, biz gücümüz yetdiyi gədər ehtiyacı olan hər kəsə yardım edəcəyik.

Ancaq insanların bu çətin vəziyətdə hissləri ilə oynayan və Yuxarı Qullarda bu təhlükəli vaxtda xüsusi risk qrup insanları çox sayda bir yerə yığan, həyatlarını təhlükəyə atan insanlar bilsinlər ki, qanun qarşısında cavab verəcəklər.

Bu vəziyətdən istifadə edib iş görməkdənsə populist çıxışlar edib özünə siyasi xal yazmaq istəyənlərdə bilsinlərki, bizim bir məqsədimiz var oda xalqımızı qorumaqdır sizi kimi xal yazmaq yox.

Hər gün 24 saat Marneulilər üçün durmadan çalışan, həkimlərə, polislərə, həmkarlarıma, gənclərimizə minnətdarlığımı bildirirəm.

Biz sizin üçün çalışırıq, siz evdə qalın!.

Hər şey yaxşı olacaq!.", - Zaur Darğallı yazır.

Qeyd edək ki, 29 mart tarixində Yuxarı Qullar kəndinin ərazisində sakinlər etiraz ediblər. Onların etiraz etməsinə səbəb Marneuli karantin zonası elan edildikdən sonra bələdiyyə tərəfindən əhaliyə edilən yardım səbəb olub.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri