30 
Mat
2020
10:41
901

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa 6 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 97-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4876 nəfər, stasionar müalicədə isə 264 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 18 nəfəri artıq sağalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri