1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
30 
Mat
2020
14:46
6105

Gürcüstanda son 24 saatda daha 131 nəfər cərimələndi - Açıqlama - VİDEO

Daxili İşlər Nazirliyinin son 24 saat keçirdiyi monitorinq nəticəsində 131 fövqəladə vəziyyət rejiminin pozulması faktı aşkarlayıb.

İnterPress.ge-nin məlumatına görə, Daxili İşlər Nazirliyi koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə rejim məhdudiyyətlərini pozanları aşkar etmək və pozuntulara operativ cavab vermək üçün 24 saat işləyir.

"Polis 104 vətəndaşa ictimai məkanda 10-dan çox adam topladığı üçün cərimə etdi. 13 fiziki şəxs və 6 hüquqi şəxs iqtisadi fəaliyyətə qoyulan məhdudiyyətləri pozduqlarına görə cərimələndi. Polis, Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə vətəndaşların təcrid vəziyyətində ciddi monitorinqlərini davam etdirir, nəticədə üç yeni özünü təcridetmə qaydalarının pozulması aşkar olundu. Bundan əlavə, 5 nəfər qadağaya baxmayaraq, uzun məsafəli mikroavtobusların daşınmasına görə cəzalandırılıb. Daxili İşlər Nazirliyi vətəndaşları fövqəladə vəziyyət rejiminin tətbiq etdiyi məhdudiyyətlərə əməl etməyə çağırır, əks halda qanunda nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq", - DİN-nin açıqlamasında bildirilir.

Xatırladaq ki, fövqəladə vəziyyətin pozulması inzibati məsuliyyətə səbəb olur - fiziki şəxsin 3000 lari, hüquqi şəxs isə 15000 lari carimələnir. Fövqəladə vəziyyət təkrar pozularsa 3 ilə qədər həbs cəzası nızərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri