30 
Mat
2020
20:53
2411

Gürcüstanda qarşıdan gələn Pasxa bayramının keçirilməsinə icazə veriləcəkmi? Baş Nazir Açıqladı

"Bu məsələ Gürcüstan vətəndaşlarının həyatı və sağlamlığına aid olduqda, hökumət ilə kilsə arasında razılığa yol tapılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya təcili brifinqdə bildirib.

Bu gün Baş nazir Gürcüstanda martın 31-dən bütün Gürcüstanda karantin tətbiq olunduğunu elan edib.

Qaxariyanın sözlərinə görə, həm Gürcüstan hökuməti, həm də kilsə üçün insan həyatı ən böyük dəyərdir. Beləliklə, baş nazir qarşıdan gələn izdihamlı Pasxa bayramını koronavirusun yayılmaması üçün hökumətin necə hərəkət edəcəyi sualına cavab verib.

"Hökumətimizin məsuliyyətinin vətəndaşlarımızın sağlamlığı olduğunu nəzərə almalıyıq və əminik ki, məsələ Gürcüstan vətəndaşlarının həyatı və sağlamlığı ilə əlaqəli olduqda kilsə ilə hər zaman ortağ yol tapacağıq. Çünki təsəvvür edə bilmərəm ki, həm hökumət, həm də kilsə üçün insan həyatından daha yüksək birşey olsun ", - Qaxaria dedi.

Qeyd edək ki, martın 31-dən etibarən koronavirusun yayılmasının qarşısını almaq üçün bütün Gürcüstanda ümumi karantin və komendant saatı elan edildi.

Qaydaları qeyd edirik:

- Ərzaq mağazaları və apteklər istisna olmaqla 3 nəfərdən artıq şəxsin toplanması qadağan edilir. Ərzaq mağazaları və apteklərdə isə iki metr sosial məsafə qorunmalıdır.

- 70 yaşdan böyük şəxslər ən yaxın ərzaq mağazası, aptek və tibbi müəssisə istisna olmaqla evdən çıxması qadağan edilir.

– Yaşı 70-dən yuxarı olan vətəndaşlarımızın tənha yaşadıqları hallarda, İqtisadiyyat və Səhiyyə Nazirliyi eləcə də yerli munisipalitetlər onlara yardım etmə məsuliyyəti daşıyırlar.

- Koronavirusla bağlı hökumətin qaynar xətti yaradılır. Qaynar xətt nömrəsi: 144

- Küçəyə çıxan hər bir vətəndaş şəxsiyyət vəsiqəsini götürməlidir.

- 24 saatlıq rejimdə çalışan müəssisələrin əməkdaşlarına xüsusi vərəqə veriləcəkdir.

- Hərəkət yalnız piyada və ya şəxsi avtomobillərdə və taksi ilə mümkündür, sərnişin salonunda sürücü daxil olmaqla üç nəfərdən çox olmamalıdır (iki nəfər arxada, bir nəfər sürücü).

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri