31 
Mat
2020
12:46
1977

Gürcüstan karantin zamanı nəqliyyat vasitələri necə hərəkət edəcək - Baş nazirin müavini izah edir

Regional İnkişaf və İnfrastruktur naziri, Baş nazirin müavini Maya Tskitişvili ölkədəki bələdiyyə nəqliyyat sistemini ümumi karantinin izah edir.

InterPress.ge xəbər verir ki, ümumi karantin martın 31-də səhər saat 8: 00-dan etibarən bütün Gürcüstan ərazisində tətbiq olunub. Tədbirlər koronavirusun yayılmasının qarşısını almağa yönəlib.

Belə ki, Saat 21: 00-dan 6: 00-a qədər vətəndaşların küçələrdə hərəkətini qadağan edən komendant saatı rejimi aktivləşdirilib. Metro da daxil olmaqla ictimai nəqliyyatdan istifadə tamamilə qadağan edilib.

Səhər 8-dən axşam 21:00-dək şəxsi avtomobillərin hərəkətinə, həmçinin taksinin işinə arxa oturacaqda iki nəfərdən çox olmaması şərti ilə icazə verilir.

Bundan əlavə, fəaliyyətini davam etdirən obyektlərin işçilərinin mütəşəkkil daşınmasına xidmət edən nəqliyyat vasitələri - aptek, ərzaq məhsulları, media və sair - xüsusi icazə kağızları ilə hərəkət edə biləcəklər.

Saat 21:00-dan 6:00-a qədər yalnız xüsusi icazə kağızı olan nəqliyyat vasitələrinə hərəkat qadağan olunmur.

Apteklərə, ərzaq mağazalarına və xəstəxanalara getməklərindən başqa, 70 yaşdan yuxarı insanların evlərini tərk etməyə icazə verilmir. Küçədəki bütün vətəndaşlar polisin tələbi ilə şəxsiyyət vəsiqəsini (piradoba) təqdim etməyə hazır olmalıdırlar. Yəni hər bir vətəndaş artıq şəxsiyyət vəsiqəsini (piradoba) üstündə gəzdirməyə borcludurlar.

Tbilisi, Kutaisi, Batumi, Poti, Zuqdidi, Rustavi şəhərlərinə giriş və çıxışda nəqliyyat dezinfeksiya ediləcəkdir.

Küçələrdə ictimai asayiş patrul polisi tərəfindən təmin ediləcək. Martın 21-də hökumət tərəfindən tətbiq olunan fövqəladə vəziyyət rejimi pozduğu təqdirdə, fiziki şəxslər üçün 3 min lari (900 dollardan yuxarı), hüquqi şəxslər üçün 15 min lari (təxminən 4,5 min dollar) cərimə tətbiq olunacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri