31 
Mat
2020
13:46
365

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı 110-a çatdı

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 110-a çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4995, stasionar müalicədə isə 278 nəfər var. Virusa yoluxmuş şəxslərdən 21-i isə artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri