31 
Mat
2020
13:49
650

Xaricdə daha bir Gürcüstan vətəndaşı koronavirusdan həyatını itirdi

Gürcüstan vətəndaşının xaricdə koronavirusla öldüyü təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze bildirib.

Hökümət administrasiyasında jurnalistlərə verilən mılumata görə, Gürcüstan vətəndaşı Nyu-Yorkda ölüb.

“Təəssüf ki, başqa bir soydaşımız xaricdə öldü, bu, həmyerlimizin xaricdə beşinci ölüm faktıdır. Bu, Nyu-Yorkda yaşayan 64 yaşlı bir kişidir. Xarici İşlər Nazirliyi və səfirlik ailə ilə əlaqə qurur və lazımı dəsdəyi edirlər” - dedi Paata Imnadze.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri