31 
Mat
2020
14:42
2488

Marneulidə iki nəfərdə koronavirus təsdiqlənib

Marneulidəki “Geo Hospitals” klinikasında daha iki nəfərdə koronavirus təsdiqlənib.

InterPress.ge xəbər verir ki, Klinikanın direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, 31 mart tarixində təxminən saat 11:00 radələrində daha iki nəfərdə koronavirus aşkarlanıb.

Şenqelaia qeyd olunan şəxslərin Marneulidə koronavirusa ilk yoluxmuş şəxslə təmasda olub-olmadıqlarını bildirməyib.

InterPress.ge-yə daxil olan məlumata görə, yoluxanlardan biri Marneuli rayonunun Təzəkənd kəndindəndir.

Kənd sakinlərinin InterPress-ə verdiyi məlumata görə, yoluxan yaşlı qadındır, ona koronavirusun Rusiyadan gələn qohumu vasitəsi ilə keçdiyi güman edilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri