31 
Mat
2020
16:47
338

Gürcüstanda nazir müavini və ailə üzvləri koronavirusdan sağaldı

Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze koronavirus infeksiyasından sağalıb.

InterPress.ge xəbər verir ki, Nozadze üç həftəlik müalicə kursundan keçib, sonra Sachkher xəstəxanasından buraxılıb. Eyni zamanda onun yoluxmuş iki uşağı da xəstəxanadan çıxıb.

Müəyyən olunmuş qaydalara görə, xəstəxanadan çıxdıqdan sonra koronavirus keçirən xəstələr iki həftəlik ev təcrid vəziyyətində qalırlar və bundan sonra normal həyata vəziyyətinə qayıda bilərlər.

“Bu gün hər üçümüzdə sağlamıq və müəyyən edilmiş qaydaya əsasən iki həftəlik təcrid vəziyyətdə qalacağıq. Fürsətdən istifadə edib Saçxer Xəstəxanasının tibb işçilərinə təşəkkür edirəm. Peşəkarlığa və fədakar əməyə görə Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Milli Mərkəzinə xüsusi təşəkkür edirəm. Hökümət ölkədəki riskləri minimuma endirmək üçün hər şeyi edir. Burada vətəndaşlarımıza müraciət etmək istəyirəm, ölkədəki yenilikləri izləyin, özümüzə, bir-birimizə qayğı göstərərək və beləliklə biz ölkəmizi xilas edəcəyik. Hamınıza cansağlığı arzulayıram", - dedi Nozadze.

Qeyd edək ki, martın 5-də koronavirus Nozadze ailəsinin üzvünün birində təsdiqləndi, bundan sonra Nozadze özünü təcrid etdi. O, martın 6-da koronavirus testi keçirməyinə baxmayaraq, onda ilk dəfədən təsdiqlənmədi, Nozadzedə koronavirus infeksiyasının olduğu yalnız ikinci test nəticəsində martın 10-da müəyyənləşdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri