31 
Mat
2020
19:31
1005

Koronavirusa yoluxan yeni pasiyentlərdən biri Qurcaani rayonunun kəndlərinin birində yas mərasimində iştirak edib

Bu gün koronavirusa yoluxduqları təsdiqlənən pasiyentlər arasında bir gənc adam, bir neçə gün bundan öncə, Qurcaani rayonunun kəndlərindən birində yas mərasimində iştirak edib.

InterPress.ge xəbər verir ki, Qurcaaninin İctimai Sağlamlığın Qorunması Mərkəzinin rəhbəri və epidemioloq Marina Kapanadzenin Birinci Kanala verdiyi məlumata görə, qeyd olunan vətəndaşın ünsiyyətdə olduğu bütün şəxslər qeydə alınıblar.

"Koronavirusa yoluxan gənc Qurcaanidə yaşamır, o sadəcə olaraq, kəndə dəfn mərasiminə gəlmişdi və yerlilərlə ünsiyyətdə oldu",– dedi Marina Kapanadze.

Onun dediyinə görə, gənc həmin kəndə 12 gün bundan öncə getmişdi.

“Onun ünsiyyətdə olduğu 25 nəfərdən, kimsədə şübhəli simptom yoxdur, ancaq onlara yenədə 20 günlük izolyasiyada olmaları üçün tövsiyyə edildi ” – dedi Marina Kapanadze.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri