31 
Mat
2020
19:35
900

Natia Mezvrişvili: "Saat 21:00-dan komendant saatına keçirik və bütün vətəndaşlara müraciət edirəm ki, şəxsiyyət vəsiqələri yanlarında olsun"

"Bu gün saat 21:00-dan komendant saatına keçirik və evdən çıxan bütün vətəndaşlara müraciət edirəm ki, yanlarında şəxsiyyət vəsiqələri olsun".

InterPress.ge xəbər verir ki, bu barədə iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

“Bütün vətəndaşlara müraciət edirəm ki, evdən çıxarkən yanlarında şəxsiyyət vəsiqələri olsun, çünki, icra prosesini Daxili İşlər Nazirliyi nəzarət edir və prosesin daha da asanlaşdırılması üçün şəxsiyyət vəsiqələri vətəndaşların yanında olmalıdır” – dedi Natia Mezvrişvili.

“Koronavirus təhlükəsinə görə, ölkədəki vəziyyətin daha da kəskinləşməsi ilə paralel olaraq, iqtidar prevensiya tədbirlərini də sərtləşdirir və bu gün praktiki olaraq, bütün növ ictimai nəqliyyat vasitələrinin işi dayandırılıb və şəhərdə sadəcə yüngül avtomobillər hərəkət edirlər. Əlbəttə ki, avtomobil ilə çıxan insanlar sadəcə qida məhsulu və medikament almağa çıxırlar” – dedi Natia Mezvrişvili.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri