31 
Mat
2020
19:45
609

Kaxa Kaladze: "Munisipal nəqliyyat sürücüləri dövlət maaşlarını almağa davam edəcəklər"

"Munisipal nəqliyyat sürücüləri dövlət maaşlarını normal şəkildə almağa davam edəcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

Jurnalistlərin verdiyi suallara cavab olaraq, Kaxa Kaladze qeyd edib: “Onlar bizim əməkdaşlarımızdır və fəaliyyətlərinin müvəqqəti olaraq, dayandırılmasına rəğmən, normal şəkildə maaşlarını almağa davam edəcəklər”.

Xatırladaq ki, koronavirusun yayılması təhlükəsinin qarşısını almaq üçün, ölkə miqyasında ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılıb.

Həmçinin, Tbilisi metrosunun işləməsi də dayandırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri