31 
Mat
2020
20:23
4684

Bu gün koronavirus təsdiqlənən Marneuli sakinindən şad xəbər var

Marneulidən Tbilisiyə ağır vəziyyətə aparılan 62 yaşlı qadın Tbilisi Dövlət Tibb Universitetindəki birinci universitet klinikasında müalicə olunub.

InterPress.ge xəbər verir ki, Klinikanın direktoru Lali Turdzeladze jurnalistlərə Marneulidən olan xəstənin sağlamlıq vəziyyətinin yaxşılaşdığını və bu gün süni tənəffüs aparatından çıxarıldığını bildirib.

Bundan əlavə, klinikanın ikinci direktoru Levan Ratiani jurnalistlərə açıqlamasında bu gün daha bir ciddi xəstənin vəziyyətinin kəskin şəkildə yaxşılaşdığını bildirdi. İlkin koronavirus testi infeksiyanı mənfi olduğunu bildirib. 24 saatdan sonra ikinci test ediləcək, əyər yenə mənfi olarsa xəstə sabah klinikanı tərk edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri