31 
Mat
2020
21:40
2816

Uşaqlar fövqəladə rejimi pozarlarsa onlar necə cəzalandırılacaqlar? AÇIQLAMA

16 yaşdan kiçik uşaqlar Gürcüstanda ümumi karantinin müəyyən edilmiş qaydalarını pozarsa, valideynlər onlar üçün cərimə ödəməli olacaqlar.

InterPress.ge məlumat verir ki, koronavirusun Gürcüstanda yayılmasının qarşısını almaq üçün martın 21-də fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Belə ki, Hökumətin müəyyən etdiyi qaydaları pozduğuna görə, cərimə fiziki şəxslər üçün 3 min lari, hüquqi şəxslər üçün isə 15 min lari təşkil edir. Martın 31-dən etibarən Gürcüstanda məhdudiyyətlər sərtləşdirildi - ölkədə ümumi karantin və komendant saatı tətbiq olunub.

Hökümət administrasiyasının rəhbəri Natia Mezvrişvilinin izah etdiyi kimi, yetkinlik yaşına çatmayanlar üçün məhdudiyyətlər avtomobil gəzintilərinə də şamil olunur.

"Gəzinti prosesini elə planlaşdırmaq lazımdır ki, avtomobildə sürücü, hər yaşda olan uşaqlar da daxil olmaqla üç nəfərdən çox olmamalıdır", - dedi Mezvrişvili.

Onun dediyinə görə, bu qaydada böyük ailələr üçün güzəştlər yoxdur.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri