1 USD =3.333 GEL 1 EUR =3.881 GEL 1 AZN =1.962 GEL 1 TRY =0.438 GEL 1 RUB =4.288 GEL
01 
Apr
2020
08:44
2500

Fövqəladə vəziyyət çərçivəsindəki məhdudiyyətlərlə bağlı sualları və cavabları

Gürcüstan iqtidarı tərəfindən, fövqəladə vəziyyət çərçivəsindəki məhdudiyyətlərlə bağlı suallara verilən cavablar:

1. Avtomibil ilə hərəkət etməyə hansı hallarda icazə verilir?

Avtomobildə sadəcə üç nəfərin oturduğu halda, digər iki nəfər arxada oturmalıdır.

Saat 21:00-dan səhər saat altıya qədər avomobillə hərəkət etmək də qadağandır.

2. İctimai yerlərdə üçdən artıq insanın yığılmasına hansı hallarda icazə verilir

Üç nəfərdən artıq insan sadəcə tibb müəssisələrində, müdafiyə qüvvələrində və inşaat-infrastruktur işlərinin həyata keçirildiyi yerlərdə yığıla bilər.

3. 70 yaşdan yuxarı insanlar evindən hansı hallarda çıxa bilər?

Yaşı 70-dən yuxarı olsan insan, əgər yalnız yaşayırsa, evindən sadəcə qida məhsulu və medikament almağa çıxa bilər və yaxud yardım üçün qaynar xətt- 144-ə zəng vura bilər.

4. Şəxsiyyət vəsiqələri olmayanlar evdən necə çıxsınlar?

Şəxsiyyətlərinin identifikasiyasına imkan verən digər sənədlə çıxsınlar, sürücülük vəsiqəsi və sairə.

5. Yeni yetmə tərəfindən karantin qaydalarının pozulduğu halda məsuliyyəti kim daşıyır?

16 yaşına qədər vətəndaşın karantin qaydalarını pozduğu halda, məsuliyyəti onun valideynləri və yaxud digər qanuni nümayəndələri daşıyırlar.

6. Komendant saatında ev heyvanlarını gəzdirmək olar?

Olmaz.

7. Axşam saat 9-dan sonra ərzaq mağazaları və əczanələr işləyəcəklər mi?

Sadəcə polislər və həkimlər üçün işləyəcəklər.

8. Taksi sürücüsüyəm, işimə davam edə bilərəm mi?

Bəli, ancaq sadəcə axşam saat doqquza qədər və avtomobildə 3 nəfərdən artıq olmamalıdır.

9. Üç nəfərlik məhdudiyyətə uşaq da daxildir mi?

Bəli.

10. Valyuta kioskları və lombardlarda bağlanır?

Bəli. bağlanır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri