01 
Apr
2020
14:33
4391

Gürcüstanda kimlərin kamunal xərcləri silinəcək və Hökumət tərəfindən verilən limit necə nəzərdə tutulub? Açıqlama

Gürcüstanda aylıq 200 KvS-dan az elektrik enerjisi və 200 m3-dən az təbii qaz istifadə edən vətəndaşların kommunal xərcləri dövlət tərəfindən ödəniləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında məlumat verib. Bildirilir ki, bu yalınız 200-dən az istehlak edənlərə şamil olunur.

Bildirib ki, güzəşt mart, aprel və may ayları üçün nəzərdə tutulub. Bundan başqa, vətəndaşların su və təmizlik xərcləri də dövlət tərəfindən qarşılanacaq.

Baş Nazir əlavə edib ki, hökumət əlavə olaraq 2 milyard lari həcmində iqtisadi yardım paketi hazırlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri