01 
Apr
2020
19:13
3148

Bolnisinin Kəpənəkçi kəndi karantinə alındı - Kəndin giriş-çıxışı bağlandı

Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndi koronavirusun qarşısının alınması üçün tamamilə təcrid olundu.

InterPress.ge xəbər verir ki, kəndin girişində və çıxışında polis tərəfindən postlar qurulub.

Məlumata görə, kənd Xalq Sağlamlığı Mərkəzinin tövsiyəsi ilə təcrid olunub. Bu gündən yerli əhaliyə kənddən çıxmaq qadağan edilib. Yerli sakinlərin tibbi müayinəsi aparılır.

Bolnisi bələdiyyəsində təsdiqlənmiş 3 hadisədən ikisi Kəpənəkçi sakinləridir.

"Mövcud vəziyyətə görə kənd koronavirusun qarşısını almaq üçün müvəqqəti bağlandı. Artıq kənd sakinlərinə bu təcili tədbirlərlə bağlı məlumatlıdırlar. Yerli rəhbərlik əhalinin bütün ehtiyaclarını vaxtında ödəmək üçün fəal işləyir. Kəndlilərdən karantin qaydaları və tələblərinə əməl etmələrini xahiş edirəm "dedi Bolnisi Bələdiyyə Başçısı David Şerazadişvili.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri