03 
Apr
2020
12:50
2927

Baş nazir: “Gürcüstanda vəziyyət sürətlə pisləşir”

“Bu gün koronavirusa (COVID-19) 18 yoluxma halı qeydə alınıb, ötən gün isə bu rəqəm 15 nəfər idi. Aydındır ki, vəziyyət sürətlə pisləşir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında deyib.

O bildirib ki, vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar ölkənin bütün iri xəstəxanalarına tam hazır vəziyyətə gəlmələri üçün iki gün vaxt verilib: “Əsas yük Səhiyyə Nazirliyinin və xəstəxana sektorunun üzərinə düşür”.

Qeyd edək ki, hazırda Gürcüstanda yeni növ koronavirusa yoluxması təsdiqlənmiş şəxslərin sayı 148 nəfərdir, onlardan 27-nin sağaldığı bildirilir. Ölkə üzrə 5392 nəfər karantində saxlanılır. Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri