03 
Apr
2020
16:08
1762

Bolnisidə karantinə alınan Kvemo Bolnisi (Kəpənəkçi) kənd sakinlərinə ərzaq yardımı edildi - FOTO

Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinə ərzaq yardımı edilib.

InterPress.ge xəbər verir ki, kəndə yaşayan 100-ə yaxın ailəyə ərzaq yardımı edilib.

Kənd sakinlərinin InterPress.ge-yə verdiyi məlumata görə, kəndin iki qismi var, hansı bir qismində ərzaq almaq üçün şərait yoxdur. Sözü gedən qismində 60 nəfər ailə yaşayır, həmin ailələrə ərzaq yardımı edilib. Bildirilir ki, yardım karantin qurtaranadək davam edəcək. Kəndin digər qismində isə yaşlı və maddi cəhətdən yardıma ehdiyac olanlara ərzaq yardımı edilib.

Qeyd edək ki, Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və övladının koronavirusa yoluxması təsdiqlənib.

Hal-hazırda kənddə nəzarət gücləndirilib, kənd dronlarla müşahidə olunur, giriş-çıxış bağlanıb. Kənd Daxili İşlər Nazirliyinin əməkdaşlarının nəzərati altındadır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri