04 
Apr
2020
11:16
774

Gürcüstanda yeni növ koronavirusa yoluxma hallarının sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 156-a çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5526, stasionar müalicədə isə 344 nəfər var. Virusa yoluxmuş şəxslərdən 28 nəfəri isə artıq sağalıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri