07 
Apr
2020
12:50
3228

Gürcüstanda komendant saatında evlilik təklif edən soydaşımızı cərimələndi

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində polis komendant saatının tələblərini pozan 9 gənci cərimələyib.

InterPress.ge xəbər verir ki, hadisə ötən gün saat 21:00-dan sonra baş verib.

Gənclərdən biri qıza evlilik təklifi məqsədilə kənd stadionunda 8 dostu ilə birgə ürək formasında ocaq yandırıb.

Qeyd edək ki, Gürcüstanda komendant saatı martın 31-dən etibarən tətbiq olunur. Saat 21:00-dan 06:00-dək bütün ölkə ərazisində piyada və avtomobillərin hərəkəti tam qadağan olunur. Komendant saatının tələblərini pozan fiziki şəxslər 3 min lari məbləğində cərimə olunurlar.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri