1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
12 
May
2020
10:29
2227

Gürcüstanda koronavirusdan sağalanların sayı kəskin artdı

Gürcüstanda daha 32 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 349-a çatıb.

Məlumata görə, ölkədə karantində 4769, stasionar nəzarətdə isə 414 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 639 nəfər yoluxub, onlardan 11 nəfər dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri