18 
May
2020
10:33
2566

Bu gündən hansı məhdudiyyətlər götürüldü? SİYAHI

Bu gün, Gürcüstan hökuməti koronavirus pandemiyası ilə əlaqədar qoyduğu məhdudiyyətlərin qaldırılmasının növbəti mərhələsinə başladı.

InterPress.ge sizə bu gündən qaldırılan məhdudiyyətləri təqdim edir.

- Gözəllik salonları və estetik tibb mərkəzləri açılır.

- Üçdən çox insanın toplaşmasına qoyulan qadağa ləğv olunur - həm açıq yerlərdə, həm də qapalı yerlərdə. Eyni zamanda, 10-dan çox insanın toplaşmasına qoyulan məhdudiyyət qüvvədə qalır.

- Marneulidə karantin zonası ləğv olundu, sakinlərin bələdiyyəyə girib çıxması tam sərbəstdir.

- Hər kəs sürücülük vəsiqəsi üçün praktik imtahan verə biləcək. Nəzəri testdən (teoriya) keçmiş şəxslərə praktik imtahan vermə xidmətindən istifadə etmək imkanı verilir. Bundan əlavə, avtomobil sahibləri nəqliyyat vasitələrinin nömrələrini yenilərinə dəyişdirə, avtomobilləri qeydiyyata almağa və digər əməliyyatlar həyata keçirə biləcəklər.

Qeyd edək ki, koronavirusun yayılması təhlükəsi səbəbindən martın 21-də Gürcüstanda tətbiq olunan fövqəladə vəziyyət mayın 22-dək qüvvədədir. Bundan əlavə, ölkədə axşam 21: 00-dan səhər 06: 00-a qədər komendant saatı qüvvədə qalmağda davam edir.

Küçəyə çıxan bütün vətəndaşların yanında şəxsiyyət vəsiqəsi olmalıdır. Yaları 70 yaşdan yuxarı olan insanlara yalnız təcili hallarda evdən çıxmaq tövsiyə olunur.

Avtomobillərdə üç nəfərdən artıq insanın səyahət etməsinə icazə verilmir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri