19 
May
2020
11:30
671

Gürcüstanda koronavirusa sadəcə bir yeni yoluxma qeydə alındı, sağalanların sayı isə kəskin şəkildə artdı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 1 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 702 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 24 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 456-a çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3787 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri