1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
21 
May
2020
17:20
2386

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə: may ayının 25-dən bu xidmət bərpa olunur

"Mayın 25-dən etibarən avtomobil idarəetmə hüququ üçün nəzəri testdən (teoriya) keçmək xidməti bərpa olunur".

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Mayın 25-dən fövqəladə vəziyyət tətbiq edilməzdən əvvəl ərizə yazmış və ya praktik hissəsini keçmiş şəxlər nəzəri (teoriya) imtahanını verə biləcəklər.

"Bu şəxslərə agentliyin müəyyən etdiyi bir gündə qeydiyyata alındığı eyni xidmət mərkəzində nəzəri imtahandan keçmək imkanı verilir" deyə agentlik bildirib.

Bunfan əlavə, odlu silahın qeydiyyatı ilə bağlı bütün prosedurlar bərpa ediləcəkdir.

Qeyd edək ki, bütün ziyarətçilər agentliyin xidmət mərkəzlərinə qoruyucu maskalarla gəlməlidirlər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri