21 
May
2020
17:39
2246

Sabahdan bu iş yerlərinin açılmasına icazə verildi

Sabahdan etibarən ölkədə stomatoloji klinikaların fəaliyyəti bərpa olunacaq.

InterPress.ge xəbər verir ki, paralel olaraq, tibbi müəssisələr tərəfindən covid-19-un prevensiyası məqsədi ilə müvafiq rekomendasiyaların həyata keçirilməsi yoxlanacaq.

Bu günə kimi əldə edilən məlumata görə, 191 obyekt yoxlanılıb, onlardan 164-nə fəaliyyətinin bərpası üçün icazə verildi.

Tariflərə gəlincə isə, Stomatoloqlar Asosiyasiyasının prezidenti Keti Qorqiladzenin qeyd etdiyinə görə, klinikaların böyük hissəsi xidmətlərini bahalandırmalı olacaq, çünki prevensiya inventarları üçün klinikaların müəyyən xərcləri olacaq.

Keti Qorqiladzenin dediyinə görə, klinikalar tariflə bağlı və sairə maliyyə qərarlarını özləri verirlər. Misal üçün, elə klinikalar var, adi tariflə bərabər, pasiyentdən ayrıca 20 lari tələb edəcəklər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri