1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
21 
May
2020
19:08
4688

Sabahdan ictimai nəqliyyat işləyəcəkmi? Baş nazirin məsləhətçisindən CAVAB

"İctimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur, bu epid-durum ilə bağlıdır və qərarı epidemioloqlar ilə birlikdə qəbul edəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin məsləhətçisi, İrakli Çikovani deyib.

Onun dediyinə görə, sabahdan ictimai nəqliyyat işləməyəcək.

“İctimai nəqliyyatın işləməsi barəsində hələlik söhbət yoxdur. İndi söhbət etdiklərimizi məhdudiyyət kimi qəbul etməməliyik. Bu reallıqdır, növbəti bir neçə ay ərzində yaşamalı olduğumuz reallıqdır. Bu yalnız Gürcüstanda deyil. Bu bütün dünyadadır. Bunları məhdudiyyət kimi təsəvvür etməməliyik. Bu ona imkanlar yaradır ki, ölkədə yeni epid-partlayış olmasın və ölkədə maksimal olaraq az yoluxma halları olsun. Müvafiq olaraq, bunun menecmenti də adekvat olsun”, – dedi İrakli Çikovani.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri