22 
May
2020
10:15
511

İntiqam nəticəsində cinayət - Qərbi Gürcüstanda baş verən cinayətin təfərrüatları

Çoxataur bölgəsinin Guturi kəndində gəncin öldürülməsindən dərhal sonra, cinayətdə təqsirləndirilən qurbanın yaxınlarına zəng edərək “qisas aldım” deyib.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi 2 televiziya şirkəti tərəfindən cinayətin təfərrüatları barədə məlumat verilib.

Güman edilir ki, cinayətə səbəb borc olub.

26 yaşlı Auto Kalandadze ov silahından iki əl atəş nəticəsində öldürülüb. Onun Tbilisidə banklardan birində işlədiyi bildirilir. Lakin, koronavirus epidemiyası səbəbindən artıq bir ay yarım doğma kəndində olub.

Cinatətdə təqsirləndirilənin saxlandığı bildirilir. Mediada yayılan məlumatlara görə, həmin şəxs Bağdati bələdiyyəsinin sakinidir. Öldürülənin xalası Mziya Kalandadze jurnalistlərə Auto-nun çox savadlı və düzgün bir gənc olduğunu deyib.

"Yüksək təhsilli, orta məktəbi qızıl medalla bitirdi. Qafqaz Universitetini bitirdi, işlədi. Siqaret çəkməkmirdi, içki içmirdi, heç bir pis iş görməyib" dedi mərhumun xalası.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri