22 
May
2020
14:10
1656

Bolnisinin iki kəndində karantin rejimi nə vaxt ləğv olunacaq? Açıqlama

"Bolnisi rayonunun iki kəndi, Muşavani (Dəllər) və Geta (Aşağı Güləver) bağlı qalacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelize, İdarələrarası Şuranın iclasından sonra açıqlama verib.

A. Qamkrelidze qeyd edib ki, sözü gedən kəndlərə giriş-çıxış iki inkubasiya dövrü müddətində qadağa olunacaq.

"Kənddə hamını müayinə edəndən sonra və son yoluxmadan 14 gün sonra bu kəndlərin açılması barədə söhbət qaldırıla bilər”, - dedi Amiran Qamkrelidze.

Qeyd edək ki, Hökumət başçısının sözlərinə görə, Bolnisi bələdiyyəsində də karantin rejimi ləğv edilir və yalnız iki kənddə tətbiq ediləcəkdir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri