1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
22 
May
2020
15:45
658

Gürcüstanda koronavirusa yeni yoluxmalar və sağalma qeydə alınıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 723 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 10 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 495-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3614 nəfər karantində saxlanılır, 316 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri