1 =0 GEL 1 =0 GEL 1 =0 GEL 1 =0 GEL 1 =0 GEL
22 
May
2020
18:20
1568

Nazir, taksilərdə 3-dən çox insana qoyulan məhdudiyyətin niyə qüvvədə qaldığını izah etdi

"Taksi sürücüləri hər gün çox sayda insana xidmət etdikləri üçün, bu mərhələdə məhdudiyyətlər onlar üçün qaldırılmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Ekaterina Tikaradze keçirdiyi brifinqdə bildirib.

Tikaradzenin sözlərinə görə, sosial məsafə vacib bir tövsiyə olaraq qalır və taksi sürücüləri ilə əlaqəli müəyyən risklər mövcuddur, buna görə məhdudiyyətlərin qaldırılması onlara təsir etməyib.

"Sosial məsafəni qorumalıyıq. Həm sürücülər, həm də sərnişinlər baxımından taksilərlə bağlı müəyyən risklər var. Onlar tez-tez sərnişinləri dəyişdirirlər və buna görə də bu məhdudiyyəti əsas götürdük", - dedi Tikaradze.

Qeyd edək ki, Gürcüstanda, avtomobillərdə üçdən çox adamın səyahətinə qoyulan qadağa ləğv edilir. Ancaq bu məhdudiyyət taksilər üçün qüvvədə qalır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri