23 
May
2020
09:34
2385

Vətəndaşların nəzərinə: Bu gündən ləğv olunan və qüvvədə qalan məhdudiyyətlər hansılardır? AÇIQLAMA

Baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə, Koordinasiya Şurası, mayın 23-dən, yəni bu gündən etibarən fövqəladə vəziyyətin, eləcə də komendant saatının ləğv olunmasına dair qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi, İrakli Chikovani brifinqdə bildirib.

İrakli Çikovani bu gündən etibarən Gürcüstanda hansı məhdudiyyətlərin qüvvədə qalacağı və həmçinin hansıların ləğv olunacağı barədə ətraflı şəkildə danışıb.

″Bu gün, fövqəladə vəziyyətin bir çox ölkədə yenə də davam etdirilməsi və pandemiyanın aktiv fazada olması fonunda, birgə uğurlu addımlar və ölkədə həyata keçirilən tədbirlər, fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərarına, eləcədə digər məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmasına imkan yaratdı. Bildiyiniz kimi, baş nazirini rəhbərliyi ilə Koordinasiya Şurası mayın 23-dən, yəni bu gündən etibarən fövqəladə vəziyyətin və müvafiq olaraq komendant saatının ləğvinə dair qərar qəbul etdi.

Buna baxmayaraq, epidemioloji vəziyyətə müvafiq olaraq, virusun heç bir yerə getməməsi səbəbi ilə, biz Covid 19-un yayılmasının dayandırılması üçün aktiv tədbirlər görmək məcburiyyətindəyik. Vətəndaşlarımızın təhlükəsizliyi, həyat və sağlamlıqları kimi ən əsas dəyərlərin risk altında qalmaması üçün ölkədə müəyyən məhdudiyyətlərin olması olduğca mühümdür.

″Mayın 23-dən etibarən qapalı ictimai yerlərdə ə, o cümlədən ticarət obyektlərində də maska taxmaq və həmçinin sosial məsafənin qorunması məcburi olacaq.

Bolnisi munisipalitetində karantin ləğv olunub, ancaq bir tək Qeta (Aşağı Güləver) və Muşevani (Dəllər) kəndələri karantində qalacaq, sözü gedən bu kəndlərdə bu mərhələdə aktiv profilaktik epidemioloji tədbirlər görülür.

Bununla yanaşı, Tetritsğaro munisipaliteti də karantin zonası olaraq qalır.

Avtomobildə 3 nəfərlik məhdudiyyət ləğv olunur və bu qadağa bir tək taksilər üçün qüvvədə qalır. Həmçinin, bütün taksi sürücüləri məcburi şəkildə maska istifadə edəsi olacaqlar.

Belə ki, 70 və 70 yaşdan yuxarı olan şəxslərin evdən çıxmaları ilə bağlı qadağa ləğv olunur, lakin bu insanların risk qrupuna daxil olmaları səbəbi ilə, biz onlara bir daha rekomendasiya ilə müraciət edirik, təxirəsalınmaz zərurət olmadan evdən bayıra çıxmasınlar və evdə qalsınlar″, - deyə İrakli Çikovani bildirib.

Bununla yanaşı, Baş nazirin mətbuat katibinin sözlərinə görə, ölkədə tibbi məhsulların ixracı qadağan olunur, söhbət Covid 19-la mübarizədə zəruri olan məhsullardan gedir.

″Bundan başqa mayın 23-dən sonra aşağıda sadalanan məhdudiyyətlər qüvvədə qalır:

Restoran, bar və ya kafelərdə müştərilərə yerindəcə qida xidməti göstərmək, həmçinin bu mərhələdə, karantin zonaları istisna olmaqla, mehmanxanaların fəaliyyəti qadağan olunur. Paltar və ayaqqabı ticarəti, onlayn ticarət istisna olmaqla yenə də qadağan olunur. Həmçinin, artıq fəaliyyət göstərən aqrar bazarlar istisna olmaqla, mol və bazarların fəaliyyəti qadağası qüvvədə qalır. İdman və mədəniyyət obyektlərinin fəaliyyəti və bu cür tədbirlərin keçirilməsi qadağan olunur. Azartlı və uduşlu oyunlar bir tək elektron formada mümkündür. Onuda qeyd edim ki, dövlət xidmətlərinin bir hissəsi yenə də uzaqdan (disdant) işinə davam edəcək″ - deyə Çikovani bildirib.

Onun sözlərinə görə, fəaliyyətini davam etdirən bütün biznes subyektlər Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş tələblərə əməl etməyə məcburdurlar və əgər onlar qida istehsalı ilə məşğul olurlar isə, o zaman Qida Təhlükəsizliyi Xidmətinin verdiyi tövsiyyələrə əməl etmək məcburidir.

“Bu mərhələdə ictimai nəqliyyat, o cümlədən ictimai nəqliyyat ilə şəhərlərarası yerdəyişməyə dair məhdudiyyət qorunub-saxlanılacaq ” – deyə baş nazirin mətbuat katibi bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri