23 
May
2020
12:58
2829

Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejimi zamanı yazılan cərimələrlə bağlı bəyanat yayır

Fövqəladə vəziyyət zamanı tətbiq olunan cərimə və faizlərin ödənilməsinə dair güzəşt müddəti, mayın 23-də, fövqəladə vəziyyət rejiminin ləğvi ilə birlikdə başa çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Bildirili ki, Daxili İşlər Nazirliyinin Tbilisi və Rustavi Vahid Xidmət Mərkəzləri vətəndaşların qəbulunu mayın 27-dən etibarən bərpa edəcəklər. Həmçinin, Patrul Polisinin qanun pozuntularının qeydiyyatı və təhlili üzrə regional şöbələrində işlər bərpa olunacaq.

“Vətəndaşların təhlükəsizliyi məqsədi ilə, Vahid Xidmət Mərkəzi Gürcüstan Hökumətinin Qurumlararası Koordinasiya Şurasının tövsiyyələrini tam yerinə yetirir. Mərkəz, vətəndaşlara müraciət edərək, yerindəcə xidmət görmək üçün müəssisələrə maska ilə getməyə çağırır.

Tbilisi və Rustavi Vahid Xidmət Mərkəzləri vətəndaşlara adi qaydada, bütün təhlükəsizlik normalarına əməl olunaraqdan , “Vahid pəncərə” prinsipi ilə 50-dək polis xidməti təklif edəcək.

Bundan əlavə, vətəndaşlara uzaqdan xidmət göstəriləcək, bununla da, vətəndaşlar evdən çıxmadan patrul polisinin mövcud xidmətlərindən – 2 41 42 42 və ya www.police.ge veb səhifəsi vasitəsilə yararlana biləcəklər.

İyun ayının 1-dən etibarən Vahid Xidmət Mərkəzində həmçinin xidmət agentliyinin əməkdaşı fəaliyyətini bərpa edəcək və vətəndaşlara ″Vahid pəncərə″ prinsipi ilə arayışlarla bağlı xidmətlər göstərəcək.

Bunlara: şəxsin mühakimə olunması, həbs olunması, nəqliyyat vasitələrinin hüquqi vəziyyəti, dövlət sərhəddinin şəxs tərəfindən keçilməsi və silahın hüquqi vəziyyəti haqqında və s. daxildir″, - deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri