23 
May
2020
18:38
739

Gürcüstanda icma mərkəzində partlayış baş verib

Gürcüstanın Çoxataur rayonunun icma mərkəzində partlayış baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə İmedi kanalı xəbər verib.

Hadisə, Koxnari kəndində, gecə yerli vaxtla 22.30-da baş verib.

Kanalın məlumatına görə, hadisə vaxtı zərər çəkən olmayıb. Partlayış Liberty Bank ATM-in yerləşdiyi icma mərkəzinin həmin hissəsində baş verib.

Gürcüstan medialarının mənbələrinə istinadən, partlayış nəticəsində məhv edilən bankomatdan pulun yoxa çıxdığını bikdirilir. 10 min lariyə qədər pulun oğurlandığı iddia edilir. Bankın özü bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Faktla bağlı istintaq başlanılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri