24 
May
2020
12:12
1529

Bolnisidə koronavirusla bağlı son vəziyyət məlum oldu

Bolnisi Munisipalitetində Covid 19-a yeni yoluxma halı qeydə alınmayıb.

InterPress.ge xəbər verir ki, bələdiyyədə artıq üçüncü gündür ki, epidemioloqlar çalışırlar.

Təsadüfi prinsip əsasında bütün ərazi vahidlərində sakinlər sürətli testdən keçirilirlər.

Qeyd edək ki, 61 günlük karantindən sonra Bolnisidə dünən karantin rejimi ləğv olunub. Ancaq bələdiyyənin iki kəndində Muşevani (Dəllər) və Qeta (Aşağı Güləver) hələdə karantindədir.

Munisipalitetdə koronavirusa bu günı kimi cəmi 162 yoluxma halı qeydə alınıb, onlardan 75 nəfəri sağalıb, 3 nəfəri isə vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri