25 
May
2020
15:56
5595

Yepiskop Qiorqi Marneuli merinə Nərimanovun heykəlinin sökülməsi üçün vaxt verib

Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) 24 may tarixində həftə ayini zamanı Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən Nəriman Nərimanovun abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.

InterPress.ge Marneuli Radiosuna istinadən xəbər verir ki, Yepiskopun həftə ayinini “Alilo Marneulidə” adlı “Facebook” səhifəsi yayımlayıb.

“Azərbaycanlının abidəsi olduğuna görə qarşı çıxmırıq. Filip Maxaradze, Orconikidze də onu kimi xəyanətkar idi və biz onların abidəsini götürüb atdıq. Onlar Sovet İttifaqının repressiya maşının başında duranlar idi və çox sayda adam güllələyiblər, repressiyalar həyata keçiriblər... Nəriman Nərimanov bizim ərazi bütövlüyümüzün pozulmasında böyük töhfəsi olan adamdır”, – Qiorqi bildirib.

O, Zaur Darğallının hərəkətini vicdansızlıq olaraq qiymətləndirib və bugünkü hakimiyyəti Marneulidə olan vəziyyətə müdaxilə etməyə, Sovet İttifaqı və faşizm rəmzlərini aradan qaldırmağa çağırıb. Yepiskopun sözlərinə görə, Nərimanovun heykəli də onlardan biridir.

“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki, savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.

Marneuli və Hucabinin Yepiskopu eləcə də bildirib ki, Marneuli merinin hərəkəti konkret olaraq isə Nəriman Nərimanovun abidəsinin bərpası mənəvi və əxlaqi, həmçinin, hüquqi baxımdan qeyri-qanunidir.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri