29 
May
2020
20:58
1789

Gürcüstanda geyim dükanları və ticarət mərkəzləri açılır: ziyarətçilərin hansı qaydalara əməl etməsi lazımdır?

İyunun 1-də koronavirus pandemiyası səbəbindən iki aydan çox müddətə bağlanmış geyim və ayaqqabı mağazaları, ticarət mərkəzləri və bazarlar Gürcüstanda fəaliyyətini bərpa edəcək.

InterPress.ge xəbər verir ki, Gürcüstan hökuməti bu pərakəndə satış obyektlərini iyunun sonunda açmağı planlaşdırırdı. Ancaq əlverişli epidemioloji vəziyyəti nəzərə alaraq ölkə hakimiyyəti iqtisadi fəaliyyətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün planlarının bu mərhələsinə keçməyə qərar verdi.

Mayın 27-də baş nazir Giorgi Qaxaria, ticarət mərkəzləri və geyim mağazalarının müəyyən tövsiyələrə əməl etməli olduqlarını bildirdi.

Ticarət mərkəzlərinin girişlərində maneələr və istilik yoxlayıcı qoyulacaqları artıq məlumdur. Bütün ziyarətçilərdən və işçilərdən maska taxmaq və beş kvadrat metrə bir nəfərin sosial məsafəsini qorumaq tələb olunur. Bütün mağazalarda təhlükəsiz məsafəni bildirən etiketlər olacaq - obyekt içərisində çox sayda insan varsa, digərləri çöldə gözləməli olacaqlar.

Hökumətin qəbul etdiyi direktivlərə əlavə olaraq, Gürcüstanda fəaliyyət göstərən beynəlxalq markalar öz profilaktik tədbirlərini elan etdilər. Belə ki, 1 iyun tarixindən etibarən bəzi geyim mağazalarında soyunma-qeyinmə otaqları bağlanacaq.

Evdə geyinib yoxladığdan sonra ölçüsünün uyğun olmadığı ortaya çıxsa, alıcılar iki həftə ərzində malları qaytarma və ya dəyişdirmə hüququna malik olacaqlar. Geri qaytarılan bütün geyim və ya ayaqqabı təcrid olunacaq. Yəni Məmüəyyən müddət bu əşyalar satışa çıxarılmayacaq.

Dizaynerlərin butiklərində geyinmə-soyunma otaqları bağlanmayacaq. Müşdərilər paltarları yoxladıqdan dərhal sonra işcilər paltarları buxarlandıracaq.

Bənzər qaydaları Tbilisi mağazalarının sahibləri müəyyənləşdirirlər. Onlar hökumətin bütün tövsiyələrinə baxacaqlarına, lakin müştərilərini paltarları yoxlamaq imkanından məhrum etməyəcəklərini qeyd etdilər.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri