01 
İyn
2020
12:38
2029

Gürcüstanda iyun ayının 5-dək olan hava şəraiti açıqlanıb

1-5 iyun tarixlərində Gürcüstanda istilər fonunda qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu yağacağı ehtimalı var.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyindən verilən məlumatda bildirilir.

Mılumata götə, 3-4 iyun tarixlərində güclü külək əsəcək. Havanın temperaturu Gürcüstanın qərb dağlıq ərazilərində +24, +29, şərq düzənlik ərazilərində isə +29, +34 olacağı gözlənilir.

Milli Ətraf Agentliyindən verilən məlumata görə, Tbilisidə gecə və axşam qısamüddətli yağış yağacağı gözlənilir. İyunun 3-də günün ikinci yarısından və iyunun 4-də şimal-qərbdən güclü külək əsəcək. Havanın temperaturu +30, +32 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri