04 
Fev
2020
10:12
3259

Gürcüstanda biri hamilə qadın olmaqla altı nəfər yanaraq ölüb

Gürcüstanın Bağdati şəhərində yaşayış evlərinin birində baş verən güclü yanğın nəticəsində 6 nəfər yanaraq ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı yaşlı qadının da meyiti aşkar olunub.

Bədbəxt hadisə zamanı ölən qadınla dörd yeniyetmə ana və balaları olublar. Qadının hamilə olduğu bildirilir.

Yaşlı qadın isə ailənin qohumu olub.

İkimərtəbəli taxta ev tamamilə yanıb. Alovun aradan qaldırılmasında 25 yanğınsöndürən iştirak edib. Yanğın tam söndürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi yanğınla bağlı istintaqa başlayıb.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri